Ağartma əməliyyatı nədir və necə edilir?

Gözəl gülüşə sahib olmaq istəyən hər bir insan nə zamansa mütləq dişlərin ağardılması məsələsi haqqında düşünməli olur. Gündəlik istifadə etdiyimiz qidalar, qəhvə, çay qəbulu dişin üzərində tünd rəngli ərp yaradır. Ondan yaxa qurtarmaq elə də asan məsələ deyil.

Dişin ağardılması üçün nə kimi vasitə var?

Müasir stomatologiya dişin ağardılması üçün çoxlu vasitə təklif edir. Əməliyyat fotoağartma yolu, lazerin və xüsusi pastaların vasitəsi ilə reallaşır. Bundan əlavə bu işi icra etmək üçün apteklərdə xüsusi zolaqcıqlar, karandaşlar da satılır.

Türkəçarə işə yarayarmı?

Hollivud gülüşünü hamı arzulayır. Amma bir çox insan həkimin yanına getməkdənsə, internetdən əldə etdiyi məsləhət paketinə üz tutmağa üstünlük verir. Aptek və marketlərdə təklif olunan bahalı diş pastaları dişləri yalnız müəyyən qədər təmizləyə bilər, amma tam ağartmaq mümkün olmayacaq.

Tərkibi peroksid və karbamiddən ibarət olan, apteklərdə satılan müxtəlif vasitələrin həkim məsləhəti olmadan istifadəsi damağın ağır formada xəsarət alması ilə nəticələnə bilər. İnternetdə hətta dişlərin ağardılması üçün alma sirkəsi, soda, limon və hətta folqadan yararlanmaq təkliflərinə rast gəlinir. Belə məsləhətlərdən yararlanmaq nəticədə dişin minasının zədələınməsinə təkan vermiş olar.

Etibarsız vasitələrin köməyi ilə dişi ciddi zədələmək olar

Dişin ağartma əməliyyatını etibarsız mənbələrdə yayılan məsləhətlərin köməyi ilə reallaşdırmaq olmaz. Bunu etməyin yalnız bir yolu var: o da həkimə müraciət edib peşəkar yardım almaqdır. Türkəçarə metodlarla dişlərin ağardılması sağlam dişlərin və damaqların xəstələnməsinə gətirib çıxarda bilər. Bu halda gözəl gülüşə sahib olmaq əvəzinə insan uzun müddətli müalicə kursu keçməyə məhkum olacaq.


Paylaş

Rəy yaz

post
post
post

Bunları edə bilərsiz
- ağız gigiyenasına diqqət yetirilməli. (dişlərinizin və ağızınızın hər nöqtəsini diqqətlicə təmizləməlisiniz)
- yumşaq tüklü fırça istifadə edilə bilər. (dişin sərt təbəqələrinə daha az zərər verilmiş olar)
- xüsusi diş pastası (nizamlı istifadə edildiyində təsirli nəticələr alına bilir)
- qəbul olunan qidalara diqqət yetirilməli. (çox turşu tərkibli yeməklərin sıx istifadə edilməsi nəticəsində mina təbəqəsi sıradan çıxa bilər)
- florlu diş baxım məhsulları istifadə edilməli

Xeyr. Buna həkim müayinəsindən sonra qərar verilməlidir.