Diş ağrısı niyə daha çox gecə şiddətlənir?

Diş ağrısı gecələr şiddətlənir. Bu, məlum həqiqətdir. Ağrı hərdən elə həddə çatır ki, lap dözülməz olur. Böyük ehtimalla bu, pulpitin mövcudluğunun göstəricisidir.

Pulpit diş pulpasının, yəni diş tacından diş köklərinin sonunadək olan hissədə yerləşən həssas və yumşaq toxumanın  iltihabıdır, əsas əlaməti də ağrının gecələr güclənməsidir. Bu insanın əsəb sisteminin xüsusiyyətlərinə bağlıdır. Gündüz insan aktiv fəaliyyətlə məşğuldur, ağrı bir növ “unudulur”, arxa plana keçir. Gecə orqanizm dincəlir, gündüz duymadığımız ağrı özünü daha da qabarıq göstərir.

Diş pulpası dişin qan dövranını, toxuma və orqanların sinirlərlə təchiz olunmasını təmin edir.

Pulpit necə yaranır?

Dişin hər hansı bir zədələnməsi, qırılması sinirlərin üstünün açılmasına səbəb olur, beləliklə ağrı yaranır. Dişin ciddi kariyesi də pulpitin yaranmasına gətirib çıxarır. Hətta bəzən həkimin müdaxiləsindən sonra belə ağrı yarana bilər, dişin plomblanmasından sonra pulpit özünü büruzə verə bilər. Diş qapağının (koronka) altındakı dişdə bəzən kəskin ağrı yaranır. Əgər koronka ilə damaq arasında məsafə yaransa, bu halda kariyes və sonda pulpitin yaranmasına şərait yaradacaq.

Pulpit üçün dalğavari ağrı ağrıları xarakterikdir, yəni bu ağrılar həm qısa, həm də uzunmüddətli ola bilər. Ağrı dayana, sonra isə yenidən güclənə bilər. Bu ağrı özünü qulaq, boyun, gicgahda və  peysər, qonşu dişlərdə də göstərə bilər. Pulpit zamanı ağrının artması müxtəlif səbəblərə görə baş verir. Məsələn, soyuq və soyuqdəymə xroniki pulpiti gücləndirə bilir.

Müalicəsi:

Diş ağrısı zamanı yalnız bir müalicə yolu var: həkimə müraciət etmək. Ən doğru yoldur, amma əgər ağrı gecə baş verirsə, yaxınlıqda həkim və ya stomatoloji klinika yoxdursa, ilk yardım etmək olar.

Məsləhətlər:

- Ağrıyan yeri qızdırmaq olmaz.

- 1-2 ağrıkəsici qəbul etmək olar.

- Ağız nahiyəsini su ilə yaxalamaq olar. Daha sonra ağrıyan hissəyə mixək yağına batırılmış tampon sürtmək olar.

- Ağız nahiyəsini acı yovşan, bağayarpağı, pişikotunun həlimi ilə yaxalamaq olar.

- İmkan yaranan kimi dərhal diş həkiminə müraciət etmək lazımdır.


Paylaş

Rəy yaz

post
post
post

Bunları edə bilərsiz
- ağız gigiyenasına diqqət yetirilməli. (dişlərinizin və ağızınızın hər nöqtəsini diqqətlicə təmizləməlisiniz)
- yumşaq tüklü fırça istifadə edilə bilər. (dişin sərt təbəqələrinə daha az zərər verilmiş olar)
- xüsusi diş pastası (nizamlı istifadə edildiyində təsirli nəticələr alına bilir)
- qəbul olunan qidalara diqqət yetirilməli. (çox turşu tərkibli yeməklərin sıx istifadə edilməsi nəticəsində mina təbəqəsi sıradan çıxa bilər)
- florlu diş baxım məhsulları istifadə edilməli

Xeyr. Buna həkim müayinəsindən sonra qərar verilməlidir.