Diş daşları: 10 əmələgəlmə səbəbi və təmizlənməsi

Diş daşı dişlər, protezlər və plomblar üzərində əmələ gələn qəhvəyi rəngli əhəng tərkibli kütlələrdir. Bu daşların rənginin tünd olması kalsium duzlarından əlavə tərkibində qida qalıqları, ölmüş hüceyrələr, bakteriyalar, fosfor və dəmir duzlarının olmasına bağlıdır.

Əsas yaranma səbəbləri aşağıdakılardır:

- Qidada çoxlu miqdarda karbohidratlar, qazlı içkilər və şirniyyatın istifadəsi

- Çoxlu sayda xəstəlik törədən bakteriyalarla müşayiət olunan daxili xəstəliklər

- Çoxlu miqdarda yumşaq qidanın qəbulu

- Siqaret çəkmə

- Alkoqollu içkilər

- Balanssız qidalanma

-  Antibiotik qəbulu

- Bəzi dərman preparatlarının qəbulu

- Güclü ağız sulanması

- Gigiyena qaydalarına riayət edilmədikdə, dişlər vaxtı-vaxtında təmizlənmədikdə və ya doğru qayğı göstərilmədikdə, keyfiyyətsiz diş pastası və fırçadan istifadə edildikdə, diş daşlarının əmələ gəlməsi qaçılmazdır.

3 metodun köməyi ilə dişləri daşdan təmizləyirlər

Diş daşını təmizləmək üçün mütləq stomatoloqa müraciət etmək gərəkdir. Əgər dişə uzun müddət düzgün qulluq edilməyibsə, ev şəraitində hansısa vasitənin köməyi ilə onları təmizləmək müşkül məsələdir.

Müasir stomatologiyada adətən 3 metodun köməyi ilə dişləri daşdan təmizləyirlər: Ultrasəsin, lazerin köməyi ilə və kimyəvi yolla.

Bəzi hallarda həkim qarışıq vasitələrdən də yararlana bilər. Yəni daşları əvvəlcə ultrasəsin, sonra isə xüsusi pastaların köməyi ilə təmizləyər. Əməliyyat bəzən ağrılı olur deyə anestezindən də istifadə edilir.

Diş daşını təmizləmək üçün stomatoloqa ildə iki dəfə baş çəkmək gərəkdir. Bu prosedurdan sonra insan dişinə qarşı daha diqqətli olmalı, keyfiyyətli diş pastası və fırçasından yararlanmalıdır. Gündə iki dəfə səhər və axşam dişləri təmizləmək mütləqdir. Hətta bir iki gün dişi təmizləməmək artıq daşların yaranması üçün zəmin yaradır. Düzgün qidalanma, zərərli adətlərdən imtina dişlərın sağlam qalmasına yardım edir.


Paylaş

Rəy yaz

post
post
post

Bunları edə bilərsiz
- ağız gigiyenasına diqqət yetirilməli. (dişlərinizin və ağızınızın hər nöqtəsini diqqətlicə təmizləməlisiniz)
- yumşaq tüklü fırça istifadə edilə bilər. (dişin sərt təbəqələrinə daha az zərər verilmiş olar)
- xüsusi diş pastası (nizamlı istifadə edildiyində təsirli nəticələr alına bilir)
- qəbul olunan qidalara diqqət yetirilməli. (çox turşu tərkibli yeməklərin sıx istifadə edilməsi nəticəsində mina təbəqəsi sıradan çıxa bilər)
- florlu diş baxım məhsulları istifadə edilməli

Xeyr. Buna həkim müayinəsindən sonra qərar verilməlidir.