Qapaq qoyulan dişdə nə kimi problem yarana bilər?

Dişdə əmələ gələn istənilən xəstəliyin müalicəsi bəzən bərpa olunması mümkün olmayan diş sırasında diş qapağı, yəni koronkanın istifadəsini mütləq edir. Diş qapağı olmadan gözəl dişlərə sahib olmaq olmur.

Müasir stomatologiyada bəzən koronka və ya implant arasında seçim etmək məsələsi durur. Bəzi hallarda diş qapağından, bəzən isə implant dişdən yararlanmaq məsləhət görülür. “Nəyə üstünlük vermək” sualı əslində gərəkli deyil, çünki hər vəziyyətə uyğun qərar qəbul edilməlidir.

Diş qapağının vasitəsilə qurulan protezləmə əməliyyatı zamanı yarana biləcək mümkün problemlər aşağıdakılardır:

- Protezləmə mütləq dişlərin yonulmasını ehtiva edir

- Protezləmə zamanı yol verilən səhvlər qapaq altında qalan dişin dağılmasına gətirib çıxara bilər. Kanalların keyfiyyətsiz plomblanması, tam müalicə edilməmiş kariyes kimi səbəblərin ucbatından protez altında qalan diş ağrımağa başlayır.

- Dişin kökü tam dağılıbsa, adi koronka yerləşdirmək mümkün olmayacaq. Bu halda kökü kənarlaşdırıb dişlərin bərpasını körpüvari protez və ya implant vasitəsi ilə reallaşdırırlar.

- Koronkanın yerləşdirilməsindən sonra dişin həssaslığı arta bilər. Bu adətən anestezinin təsiri bitdiyi zaman baş verir. Əgər hansısa sinir tam kənarlaşdırılmayıbsa, dişin soyuq və ya istiyə həssaslığı qalacaq.

- Bəzən dişləmə zamanı həssaslıq və ağrı duyulur, deməli qapaq bir qədər hündürdür. Buna görə diş daha artıq təzyiqə məruz qalır.

- Qapağın qırılması baş verə bilər. Tam farfordan hazırlanmış qapaqlar sınmaya məruz qala bilər. Bəzən sınma və çatları xüsusi maddənin köməyi ilə bərpa etmək olur.

- Hərdən bir diş qapağı altındakı sement o qədər də keyfiyyətli olmur, qapağın altından yuyulub gedir. Bu halda koronka tərpənə, qapağın altında yerləşən dişlərdə isə kariyes başlaya bilər. Belə halda protezin və ya dişin tam sıradan çıxması mümkündür.

- Pis bərkidilmiş koronka öz-özündən düşə də bilər. Bu adətən dişin həcminin az olmasına bağlı olur.

- Bəzi hallarda bu və ya digər materiala allergik reaksiya da ola bilər. Tez-tez rast gəlinməsə də, hər halda bu problemi allerqoloq həkimin köməyi ilə həll etmək lazım gələcək.

- Bəzən damaq xəttinin kənarı ilə qara xətt yarana bilər. Bu metal əsaslı farfor koronkalar üçün adi haldır. Koronkanın divarının qalınlığının azaldığı nöqtədə, metal qatı üzə çıxa, qara xətt aşkarlana bilər.

Diş qapağı ilə yaranan mümkün problemləri hansı yolla həllə etmək olar?

Mütləq peşəkar həkimə müraciət etmək lazımdır. Həkim seçimində diqqətli olmaq tələb olunur. Yuxarıda adı hallanan halların çoxu ya keyfiyyətsiz materiala, ya da həkimin qeyri-peşəkarlığına bağlıdır. Diş elə məsələdir ki, hər hansı bir türkəçarə ilə məsələni həll etmək olmaz. Narahatçılıq duyursunuzsa, birmənalı stomatoloqun yanına gedin.


Paylaş

Rəy yaz

post
post
post

Bunları edə bilərsiz
- ağız gigiyenasına diqqət yetirilməli. (dişlərinizin və ağızınızın hər nöqtəsini diqqətlicə təmizləməlisiniz)
- yumşaq tüklü fırça istifadə edilə bilər. (dişin sərt təbəqələrinə daha az zərər verilmiş olar)
- xüsusi diş pastası (nizamlı istifadə edildiyində təsirli nəticələr alına bilir)
- qəbul olunan qidalara diqqət yetirilməli. (çox turşu tərkibli yeməklərin sıx istifadə edilməsi nəticəsində mina təbəqəsi sıradan çıxa bilər)
- florlu diş baxım məhsulları istifadə edilməli

Xeyr. Buna həkim müayinəsindən sonra qərar verilməlidir.